İsrail İranın nüvə silahı istehsal etməsinə və Suriyanın şimal sərhədlərində möhkəmlənməyə imkan verməyəcək.
Aktualtv.az xəbər verir ki, bu bəyanatı İsrailin baş naziri Benyamin Netanyahu həftəlik iclasında səsləndirib.
“Biz İranın nüvə silahı əldə etməsinə və şimal sərhədimizdə möhkəmlənməyə imkan verməyəcəyik. Biz xalqımızı qorumaq üçün hər şeyi edirik və edəcəyik, bizə qarşı istənilən hücuma şiddətlə cavab verəcəyik”, – deyə baş nazir bildirib.
“Hökumət əleyhinə nümayişlərdən danışarkən Nəsrullahın məmnuniyyətlə İsraildə vətəndaş müharibəsinin yaxınlaşdığını söylədiyini eşitdim. Ona görə də Nəsrullaha deyirəm: Vətəndaş müharibəsinə arxalanma. Bu olmayacaq”, – deyə Netanyahu vurğulayıb.
Murad Həsənov / aktualtv.az










