Qasırğa 11 nəfərin həyatına son qoyub – Özəl

Fevralın 13-də Yeni Zelandiyanın Şimal adasını keçən Qabriel tropik siklonunun yaratdığı daşqın nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bu barədə məlumatı Yeni Zelandiya polisi verib.

Aktualtv.az xəbər verir ki, məlumata görə, bazar günü gecə qasırğanın yaratdığı daşqın qurbanlarından daha iki cəsədi tapılıb.

Yeni Zelandiya polisinin sözçüsü Yeni Zelandiya Milli Radiosuna bildirib ki, “Qabriel siklonu nəticəsində öldüyü rəsmən təsdiqlənən insanların sayı 11-ə çatıb”.

Yeni Zelandiyanın Şimal adasının siklonun əsas təsirinin düşdüyü bəzi ərazilərində vəziyyət çətin olaraq qalır. Elektrik və kommunikasiyaların kəsilməsindən ən çox zərəri Hosk Bay bölgəsi çəkib. Bütün ümumtəhsil məktəbləri, uşaq bağçaları və ali təhsil müəssisələri bağlanıb, avtomobil yollarının bir hissəsi sürüşmə nəticəsində dağılıb. Yeni Zelandiya Silahlı Qüvvələrinin helikopterləri ilə qida, içməli su və əsas vəsaitlər gətirildiyi üçün mahalın bəzi ucqar yerlərinin daşqın səbəbindən təchizat xətləri kəsilib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]