Türk Hava Yolları pulsuz evakuasiya uçuşunu martın 1-dək uzadıb – Özəl

Türk Hava Yolları zəlzələ qurbanları üçün bütün imkanlarını səfərbər etməyə davam edir. Bölgədən pulsuz evakuasiya uçuşlarının martın 1-dək uzadıldığı açıqlanıb.

Aktualtv.az xəbər verir ki, Türk Hava Yolları sosial media hesabında evakuasiya uçuşları ilə bağlı açıqlama verib. Zəlzələdən zərər çəkmiş 8 fərqli şəhərin hava limanlarından digər şəhərlərə uçuşların martın 1-dək pulsuz olacağı vurğulanıb.

Bildirilib ki, ilk gündən zəlzələ bölgəsində hər iki istiqamətdə ümumilikdə 3 min 32 uçuş həyata keçirilib.

Bölgəyə 143 min 740 axtarış-xilasetmə və yardım qrupunun göndərildiyi vurğulanıb.

Bundan əlavə, fəlakətə məruz qalan şəhərlərdən 265 min 754 zəlzələ qurbanının təxliyə edildiyi açıqlanıb.

177 yük reysi sayəsində ehtiyacı olanlara 10 min 753 ton yardım materialının çatdırıldığı bildirilib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]