Xerson vilayətində kəndin bombalanması nəticəsində həyatını itirənlərin sayı artıb – Özəl

Rusiyanın Berislav vilayətinin Burqunka kəndini bombalaması nəticəsində həyatını itirənlərin sayı artıb. Hələlik 8 nəfərin öldüyü məlumdur.

Aktualtv.az xəbər verir ki, bu barədə Xerson OVA məlumat verib.

“Hazırda 3-ü uşaq olmaqla 8 qurban var”, – məlumatda deyilir.

Xəbərə görə, atılan raketin həyətə dəydiyi evdə 7 nəfər yaralanıb. Faciə zamanı 3 nəfər – ata, ana və əmi hadisə yerində dünyasını dəyişib.

Xəsarət alanların hamısı tibb müəssisəsinə aparılıb, həkimlər onlara lazımi köməklik göstəriblər.

Xatırladaq ki, Rusiyanın bombardmanı nəticəsində həmin kənddə 8 yaşlı uşaq yaralanıb. Onun vəziyyəti stabildir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]