Yaponiya və ABŞ Şimali Koreyanın səmaya raket buraxması səbəbilə hərbi təlim keçirib – Özəl

Şimali Koreyanın fevralın 18-də qitələrarası ballistik raketi (ICBM) buraxmasından sonra Yaponiya Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələri döyüş təyyarələri ilə birgə təlim keçirib.

Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Yaponiyadan üç F-15 qırıcı, ABŞ-dan dörd F-16 qırıcı və iki B-1B strateji bombardmançı təyyarəsi təlimə qatılıb. Təlimlərin məqsədi hərbçilər arasında ünsiyyət və bacarıqları təkmilləşdirməklə Yapon-Amerika müttəfiqliyini gücləndirmək olub.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]