Zəlzələ bölgəsindən təxliyə edilənlərin sayı açıqlanıb – Özəl

Türk Hava Yolları (THY) Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş fəlakət bölgəsindən 256,754 min insanı təxliyə edib.

Aktualtv.az xəbər verir ki, THY baş direktoru Bilal Ekşi “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən zərər çəkmiş bölgəyə edilən təxliyə və yük uçuşları ilə bağlı məlumatları sosial media hesabında paylaşıb.

“İndiyə qədər zəlzələ ilə bağlı 1516 gediş-dönüş uçuşu (3 min 32 uçuş) həyata keçirdik. 265 min 754 vətəndaşı təxliyə etdik. 143 min 740 xilasetmə qrupu və humanitar yardım personalını apardıq”-deyə Bilal Ekşi açıqlama verib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]