Zəlzələlərdə dağılan binalarla əlaqədar 131 nəfər həbs edilib – Özəl

Türkiyədə “əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdə dağılan binalarla bağlı məsuliyyətli şəxslər və pozuntulara yol verən 131 şübhəli həbs edilib.

Aktualtv.az xəbər verir ki, bu günə qədər zəlzələlərdə dağılan və ya zona dəyişikliyinə zidd olan tikililərlə bağlı prokurorluq tərəfindən başladılan araşdırmalarda 430 şübhəli məsuliyyətə cəlb edilib.

Saxlanılan şübhəlilərdən 131-i həbs edilib, 127-si barəsində məhkəmə nəzarəti tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Baş Prokurorluğun əmri ilə 17 nəfər hələ də həbsdə olsa da, şübhəlilərdən 11-nin həyatda olmadığı, 5-nin xaricdə olduğu müəyyən edilib, 54 nəfərin isə ifadə verdikdən sonra sərbəst buraxılıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]