ABŞ Suriyada əməliyyat keçirib – İŞİD üzvü saxlanıldı – Özəl

ABŞ ordusu Suriyanın şimalında terror təşkilatı İŞİD-ə qarşı helikopter dəstəyi ilə əməliyyat keçirib.

Aktualtv.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatda “Batar” olaraq təsbit edilən, lakin kimliyi ilə bağlı əlavə məlumat verilməyən bölgə zabitlərindən birinin tutulduğunu açıqlayıb. Sözügedən şəxsin İŞİD üzvlərinin saxlandığı təcridxanalara hücumların planlaşdırılmasında və əldəqayırma partlayıcı maddələrin istehsalında iştirak etdiyi ifadə edilib.

CENTCOM-un açıqlamasında mülki vətəndaşların zərər görmədiyi vurğulanıb. Əməliyyat dörd amerikalı əsgərin yaralandığı növbəti basqının ertəsi günü keçirilib. Həmin basqın zamanı DEAŞ lideri Həmzə əl-Homsi ölü olaraq yaxalanıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]