Blinken: “Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir”

“Co Bayden “F-16”ların Türkiyəyə verilməsini dəstəkləyir. Bu, bizim milli maraqlarımız üçün çox vacibdir. Hazırda bu məsələnin həlli istiqamətində işlərimiz davam edir”.

Bu sözləri Ankarada səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken mətbuat konfransında deyib.

A.Blinken vurğulayıb ki, Türkiyənin regionda müştərək təhlükəsizlik potensialında yeri çox önəmlidir.

“F-16”lar məsələsinə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da münasibət bildirib. Türkiyəli diplomat konqresdə oturan bəzi senatorların yazdığı məktublardan xəbərdar olduqlarını xatırladıb.

“Əgər biz konqresdə birgə işləyə bilsək, bunun öhdəsindən gələ bilərik. Bu prosesi tez başa çatdırmaq hər iki tərəfin marağındadır”, – deyə Mövlud Çavuşoğlu bildirib.

Mənbə: Haber Global

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]