BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışı ilə bağlı iclas keçirəcək – Özəl

Şimali Koreyanın son raket buraxılışlarına dair BMT Təhlükəsizlik Şurasının iclası bazar ertəsi keçiriləcək.

Aktualtv.az xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə bildirib.

Bundan əvvəl Yaponiyanın baş naziri Fumio Kişida bildirmişdi ki, Yaponiya Şimali Koreyanın raket buraxılışları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir.

Yaponiya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, Şimali Koreya bazar ertəsi səhər özünün qərb sahili ərazisindən iki ballistik raket atıb və bu raketlər müvafiq olaraq 50 və 100 km maksimum uçuş hündürlüyündə 350 və 400 km uçub.

Fevralın 18-də Pxenyan Şimali Hokkaydo adasından 200 km qərbdə, Yaponiyanın eksklüziv iqtisadi zonasına düşmüş “Hvason-15” qitələrarası ballistik raketi buraxıb. Şimali Koreya lideri Kim Yo-jonqun bacısı fevralın 19-da ABŞ və Cənubi Koreyaya xəbərdarlıq edərək, Pxenyanın “düşmənlərinin hər bir hərəkətini izlədiyini və hər bir düşmən hərəkətinə son dərəcə qətiyyətlə cavab verəcəyini” bildirən bəyanat yayıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]