“Broker Əbülfəz” ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsi “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovla bağlı qərar verib.

Aktualtv.az Unikal-a istinadən xəbər verir ki, hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Ə.Məlikov ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində həbs edilmişdi.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]