Yunanıstanın iki alimi seysmik aktivliyin tarixini qiymətləndirərək, yaxın vaxtlarda ölkəni Rixter şkalası üzrə 8,5 maqnitudada zəlzələ gözlənildiyini açıqlayıblar.
Aktualtv.az xəbər verir ki, Türkiyə və Suriyada baş verən silsilə zəlzələlərin şəraitini araşdıran mütəxəssislər belə nəticəyə gəliblər ki, Yunanıstanı da güclü seysmik aktivlik gözləyə bilər. Onlar xüsusilə Yunanıstanda güclü zəlzələlərin hər 600 ildə bir dəfə baş verdiyinə diqqət çəkiblər.
“Kritdə sonuncu güclü zəlzələ 1403-cü ildə baş verib və mənim hesablamalarıma görə, belə zəlzələlər hər 600-800 ildən bir baş verir. Biz artıq Rixter şkalası üzrə təxminən 8,5 maqnitudada zəlzələnin astanasındayıq”, – deyə mütəxəssislər bildirib.
Büllur Məmmədova / aktualtv.az










