Çin Rusiyaya dəstək olur – Dövlətlərarası qütbləşmə – Özəl

Çin Rusiyaya Ukrayna ilə müharibədə silah dəstəyi göstərə bilər.

Aktualtv.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken məlumat verib. Onun sözlərinə görə, Çin şirkətləri artıq Rusiyaya “qeyri-öldürücü dəstək” verirlər və yeni məlumatlar Pekinin “öldürücü dəstək” verə biləcəyini göstərir. Blinken bu addımın Çin üçün ağır nəticələrə səbəb olacağını söyləyərək xəbərdarlıq edib. Çin isə rəsmi Moskvanın hərbi texnika tələb etməsi ilə bağlı xəbərləri təkzib edib.

Xatırladaq ki, Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinin müttəfiqidir və hələ də Rusiyanın hücumunu pisləməyib. Lakin o, münaqişədə neytral qalmağa çalışıb və sülhə çağırıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]