Erməni hərbçilər qar uçqununa düşüblər: Ölənlər var

Qar uçqunu nəticəsində iki erməni hərbçi həyatını itirib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə Ermənistanın Sünik vilayətinin Azərbaycanla həmsərhəd ərazidə yerləşən Xnatsax kəndi yaxınlığında baş verib.

Belə ki, içərisində Ermənistan ordusunun hərbçilərinin olduğu UAZ markalı avtomobil qar uçqunu nəticəsində dərəyə yuvarlanıb.

İnsident nəticəsində iki erməni hərbçi ölüb, ikisi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sünikdəki hərbi hospitallardan birinə yerləşdirilib.

Mənbə: Sputnik Ermənistan

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]