Fransanın bu ölkədəki əməliyyatı başa çatdı – Ordu çıxarılır – Özəl

Burkina-Faso silahlı qüvvələrinin komandanlığı Fransa “Sabre” qoşun qrupunun ölkədəki əməliyyatının tam başa çatdığını elan edib.

Aktualtv.az xəbər verir ki, bu barədə bazar günü “Le Faso” portalı məlumat yayıb. Qeyd olunub ki, bayrağın endirilməsi ilə müşayiət olunan müvafiq mərasim Fransanın 400 nəfərlik xüsusi təyinatlı dəstəsinin yerləşdiyi Kambuandakı hərbi hava bazasında baş tutub. Fransız kontingenti Kambuandakı bazadan ayrıldıqdan sonra texniki bölmə avadanlıqları çıxaracaq. Hər iki ölkənin Baş Qərargahı işlərin qrafikini razılaşdırıb.

Qeyd edək ki, “Sabre” əməliyyatı 2009-cu ildə Burkina-Fasoda başlayıb. Fransız xüsusi təyinatlıları səfirliyi qorumaq üçün Afrika ölkəsinə gəlib, həmçinin Burkina-Faso və qonşu Malidə antiterror əməliyyatlarında iştirak ediblər.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]