KXDR liderinin bacısı Kim Yo Conq ABŞ-ın Sakit Okeana raket buraxılışlarını intensivləşdirməklə bağlı hərəkətlərinə cavab olaraq Pxenyanın son dərəcə nadir hallarda raket buraxdığı yerlə hədələyib.
Aktualtv.az xəbər verir ki, onun bəyanatını bazar ertəsi TsTAK xəbər agentliyi yayıb.
Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq deyib: “Son vaxtlar Koreya yarımadasında ABŞ qoşunlarının strateji zərbə silahlarının hərəkəti aktivləşib. Onun sözlərinə görə, Pxenyan onların KXDR-in təhlükəsizliyinə təsirini diqqətlə nəzərə alır və “müvafiq cavab tədbirləri” görəcək.
“Sakit okeandan sınaq meydançamız kimi istifadənin tezliyi ABŞ qoşunlarının hərəkətlərinin xarakterindən asılıdır”, – o əlavə edib və Pxenyanın “vəziyyəti gərginləşdirən fanatikləri” hesaba çəkmək “iradəsinin” dəyişməyəcəyini əmin edib.
Şimali Koreyanın buraxdığı raket sonuncu dəfə ötən il oktyabrın 4-də Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb. Bundan əvvəl Pxenyan bu cür sınaqları yalnız 2017-ci ilin sentyabrında keçirib.
Ötən il KXDR tərəfindən raket buraxılışlarının sayına görə rekord il olub, 37 buraxılışda 70-dən çox raket iştirak edib. Şimali Koreya bu il də aktiv raket sınaqlarını davam etdirir. Məsələn, fevralın 18-də Pxenyan Hokkaydo adasının şimalından 200 kilometr qərbdə, Yaponiyanın eksklüziv iqtisadi zonasına düşən “Xvason-15” qitələrarası ballistik raketini buraxıb.
Səbinə Kərimova / aktualtv.az