Şimali Koreya daha iki raket buraxdı – Yaponiya təcili iclas tələb etdi – Özəl

Şimali Koreya ordusu bu səhər iri çaplı yaylım atışli reaktiv sistemdən istifadə etməklə Yapon dənizinə iki balistik raket buraxıb.

Aktualtv.az xəbər verir ki, raketlər müvafiq olaraq 395 və 337 km məsafəni qət edib. Məsələ ilə əlaqədar Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağrılmasını tələb edib.

“Şimali Koreya qitələrarası sinifli ballistik raket buraxdıqdan sonra bu gün ballistik raketlər buraxdı. Buna görə də biz BMT Təhlükəsizlik Şurasından fövqəladə iclas tələb edirik”, – deyə Yaponiyanın Baş nazir qeyd edib.

BMT-nin baş katibi Antonio Quterreş Şimali Koreyanın növbəti raket buraxılışını pisləyib və Pxenyanı təxribat xarakterli addımlardan çəkinməyə çağırıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]