Ukrayna “gözlədiyi” yardımı ala bilmir – Özəl

Ukrayna aprelin əvvəlinə kimi Qərbin vəd etdiyi tankların dörddə birindən azını alacaq.

Aktualtv.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sandey Tayms” qəzeti məlumat yayıb. Vurğulanıb ki, Kiyev aprelə kimi 320 tank alacağını gözləyir və Qərb dövlətləri bunun bölgədəki vəziyyəti dəyişmək üçün kifayət etməyəcəyindən ehtiyat edirlər.

Belə ki, “Sandey Tayms” qəzetinin yazdığına görə, Böyük Britaniya mart ayında cəmi dörd “Challenger 2”, Portuqaliya isə üç “Leopard 2” tankı göndərəcək. Bu arada Polşa yaxın vaxtlarda 14 “Leopard 2” tankı göndərməyi planlaşdırır. Ancaq Almaniyadan gələn Leopard batalyonunun yalnız yarısı hazırdır. Tank təchizatı Norveç və Finlandiyadan da gözlənilir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]