Bazar ertəsi Əfqanıstan-Pakistan sərhədində Torkham keçid məntəqəsi yaxınlığında silahlı toqquşmalar başlayıb.
Aktualtv.az xəbər verir ki, bu barədə Əfqanıstanın Nanqarhar əyalətindəki mənbələrə istinadən “Hasht-e Subh” qəzeti məlumat yayıb.
Onların sözlərinə görə, Əfqanıstanda (Rusiya Federasiyasında qadağandır) hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının nümayəndələri ilə Pakistan sərhədçiləri arasında atışmalar səhər tezdən başlayıb və indiyədək davam edir. Münaqişənin səbəbi hələlik məlum deyil.
Öz növbəsində, Pakistanın Dawn qəzeti bazar ertəsi toqquşmaların Əfqanıstan tərəfinin təşəbbüsü ilə baş verdiyini yazıb. Zərərçəkənlər barədə hələlik məlumat verilmir.
Bazar günü Əfqanıstanın TOLONews telekanalı bildirib ki, Taliban Pakistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Torkham keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini dayandırmaq qərarına gəlib. Taliban nümayəndələri konkret hansı öhdəliklərdən danışdıqlarını açıqlamayıblar.
Səbinə Kərimova / aktualtv.az










