Dünya üzerinde şu an konuşulan 7 binin üzerindeki dilden yaklaşık 3 bini, 21. yüzyılın sonuna kadar yok olma tehlikesiyle karşı karşıya bulunuyor.
Aktualtv.az xəbər verir ki, “Beynəlxalq Ana Dili Günü” Banqladeşin təşəbbüsü ilə 1999-cu ildə YUNESKO-nun Baş Konfransında təsdiq edilib və 2000-ci ildən etibarən hər il fevralın 21-də qeyd olunur.
YUNESKO-nun məlumatlarına görə, hazırda dünyada 7000-dən çox dil danışılır, onlardan 6700-ü yerli xalqların dilidir ki, bu da onları dünyada “ən çox təhlükə altında olan” dillərə çevirir.
BMT-nin 2019-cu ildə qeyd edilən Yerli Dillər Beynəlxalq İli çərçivəsində qəbul edilən qətnamə layihəsinə əsasən, YUNESKO dövlətləri yerli dillərin qorunması üçün fondlar və mexanizmlər yaratmağa çağırır.
YUNESKO-nun məlumatına görə, yerli əhali ölkənin kiçik bir hissəsini təşkil etsə də, bu icmalar mədəni və dil müxtəlifliyinin ən böyük hissəsini təşkil edir. Dillərin yoxa çıxması isə kosmopolitizmin və bəşəriyyətin ümumi irsinin dönməz şəkildə yox olması deməkdir.
BMT-nin məlumatına görə, dil müxtəlifliyinin itirilməsi bioloji həyatdan tutmuş mədəni həyata qədər hər şeyə təsir edir.
Səbinə Kərimova / aktualtv.az