ABŞ Baydenin Kiyevə səfəri ilə bağlı Rusiyaya məlumat veribmiş

ABŞ prezident Co Bayden Ukraynanın paytaxtı Kiyevə getməzdən əvvəl Rusiyanı səfərlə bağlı məlumatlandırıb.

Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan onlayn görüşdə jurnalistlərin suallarını cavablandırarkən deyib.  

“Biz ruslara məlumat vermişik ki, prezident Bayden Kiyevə gedə bilər”, – Sallivan ifadə edib.  

Lakin o,  Rusiyanın bu məlumatlara reaksiyası ilə bağlı ətraflı məlumat verməyib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Polşaya səfərindən əvvəl gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında Ukraynaya yeni 500 milyon dollarlıq hərbi yardım paketini açıqlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]