ABŞ Ukraynaya hava müşahidə radarları, Javelin zireh əleyhinə sistemlər və HIMARS üçün sursat da daxil olmaqla 460 milyon dollar dəyərində daha bir təhlükəsizlik yardımı paketi göndərir.
Aktualtv.az xəbər verir ki, Kiyev dörd hava müşahidə radarı, 155 millimetrlik artilleriya və 120 millimetrlik minaatan mərmiləri ilə təmin ediləcək. Birləşmiş Ştatların dövlət katibi digər bir bəyanatda Ukraynanın enerji problemi üçün 10 milyon dollar ayrıldığını bildirib. Bu məbləğ ölkənin enerji infratrukturunun işlək vəziyyətə salınması üçün təcili yardımlar sırasında yer alır.
Qeyd edək ki, Bayden Kiyevə gözlənilməz səfəri zamanı bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya təhlükəsizlik sahəsində əlavə 500 milyon dollarlıq yardım göstərəcək.
Etibar Məmmədov / aktualtv.az










