Anadolu agentliyi Hataydakı zəlzələlərdən yazıb – Özəl

Bildirilir ki, Defne bölgəsində 6.4 ballıq zəlzələ baş verib və 16.7 kilometr dərinliyə yayılıb. Bunun ardınca 32 afterşok müşahidə olunub ki, onların da ən güclüsü Samandağ ərazisində 5.8 bal səviyyəsində qeydə alınıb.

Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. AFAD əhalini dənizə yaxın ərazilərdən uzaq durmağa çağırıb. Buna səbəb isə dəniz səviyyəsində 50 santimetrə qədər yüksəlmə riskinin olmasıdır.

Son məlumata görə isə, 6 nəfər həlak olub, 294 yaralı var. Bu məlumatı isə Səhiyyə naziri Fahrettin Koca təsdiqləyib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]