Birləşmiş Ştatlar prezidenti Co Baydenin Ukraynaya səfəri BBC-nin manşetində yer alıb.
Bildirilir ki, Amerika Birləşmiş Ştatlar liderinin Ukraynaya ilk səfəri Rusiyanın işğalının birinci ildönümünə günlər qalmış olub. O, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Liderlər Rusiyanın Krımı ilhaq etməsindən və Donbasın şərqindəki hissələri ələ keçirməsindən bəri doqquz il ərzində həlak olan əsgərlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Bayden vurğulayıb ki, nə qədər lazımdırsa, Rusiyaya qarşı mübarizədə Ukraynanı dəstəkləyəcək. Ağ Evin bəyanatına görə, prezidentin iştirakı ABŞ-nin Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək məqsədi daşıyırdı.
Etibar Məmmədov / aktualtv.az










