BMT Türkiyə və Suriyaya əlavə yardım göstərməyə hazırdır – Özəl

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş düşüncələrinin yeni zəlzələlər yaşayan Türkiyə və Suriya xalqının yanında olduğunu bildirib və BMT-nin əlavə yardım göstərməyə hazır olduğunu açıqlayıb.

Aktualtv.az xəbər verir ki, Quterreş Hatayın Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra sosial media hesabından mesaj paylaşıb.

BMT qruplarının vəziyyəti yerində qiymətləndirdiyini qeyd edən Quterreş, “Lazım olarsa, əlavə yardım etməyə hazırıq” deyib.

Qeyd edək ki, Fövqəladə Hallar Agentliyi (AFAD) fevralın 20-də saat 20:04-də Hatayın Defne rayonunda 6,4 bal gücündə iki, saat 20.07-də ​​isə Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb. Zəlzələ Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misirdə də hiss olunub.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]