İsveç və Finlandiyanın “talehi” Türkiyənin əlində – Danışıqlar bərpa olunacaq? – Özəl

Ulf Kristersson İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı danışıqların bərpası ideyasını dəstəkləyib.

Aktualtv.az xəbər verir ki, bu barədə Kristersson Finlandiyanın Baş naziri Sanna Marin və ABŞ-ın vitse-prezidenti Kamala Harrislə birgə görüşdə danışıb. Bildirib ki, Sanna Marin hələ də Finlandiya və İsveçin eyni vaxtda NATO üzvü olmasını istəyir. Lakin sonda ratifikasiya qərarı Türkiyədən asılıdır ki, bu qərar da dəyişməyib. İsveçin baş naziri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun daha əvvəl elan etdiyi üçtərəfli danışıqların bərpasını da alqışlayıb.

Xatırladaq ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı danışıqlar çətin keçsə də, son aylarda müəyyən uğurlar əldə olunmuşdur. Lakin Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırması böyük skandal yaratdı. Hadisədən sonra İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqlar prosesi dayandırıldı.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]