“Növbəti günlər dünyanın gələcək inkişafı üçün həlledici olacaq” – Özəl

Almaniyanın xarici işlər naziri Annalena Berbokun sözlərinə görə növbəti günlər həm Ukraynadakı müharibə, həm də ümumilikdə dünyanın gələcək inkişafı üçün həlledici olacaq.

Aktualtv.az xəbər verir ki, xanım nazir Nyu-Yorkdakı görüşü “keçən ilin yekunu” adlandırıb. Məsələ burasındadır ki, ötən ilin martında BMT Baş Assambleyasının qətnaməsi üzrə səsvermədə əksər ölkələr Rusiyanın başlatdığı müharibəni pisləyib. Berbokun fikrincə, yalnız az bir qisim “Rusiyadan çox asılı olduqları üçün” səsvermədə fərqli mövqe nümayiş etdirib.

Xatırladaq ki, dünya liderləri müharibəni dayandırmaq üçün Vladimir Putinə müraciət etməyə hazırlaşır. Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiyaya səfər etməmək barədə xəbərdarlıq da edib və Rusiyadakı vətəndaşlarını yaxın günlərdə ehtiyatlı olmağa çağırıb. Qeyd olunub ki, BElqrad, Kursk, Bryansk, Voronej, Rostov və Krasnodara getmək təhlükəlidir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]