Polşa Belarusla sərhəddə nəqliyyatın hərəkətini dayandıracaq – Özəl

Rəsmi Varşava Belarusla sərhəddən keçən nəqliyyatın hərəkətini tamamilə dayandırmağa hazır olduğunu bəyan edib.

Aktualtv.az xəbər verir ki, ölkənin xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib ki, əgər belə bir ehtiyac varsa və bu, xüsusən də təhlükəsizlik məsələləri ilə bağlıdırsa Polşa buna hazırdı. Qeyd edək ki, Varşava bu gün saat 19:00-dan etibarən Polşa-Belarus sərhədində fəaliyyət göstərən sonuncu keçid məntəqəsində – Kukurıki-Kozloviçidə yük maşınlarının hərəkətini dayandıracaq.

Ötən həftə isə Polşa hakimiyyətinin təşəbbüsü ilə Polşa-Belarus keçid məntəqəsi olan Bobrovniki bağlanıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]