“Qəbul etdiyimiz qanunlar vətəndaşlarımıza fayda vermir” – Deputat

“Qəbul etdiyimiz qanunlar birbaşa olaraq hələ də vətəndaşlarımıza fayda vermir. Sırf enerji resursları ilə bağlı edilən dəyişikliklərdən danışıram”.

Aktualtv.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, “Azərişıq” bu günə qədər işini çox yaxşı qurub: “Bu qurumla bağlı ciddi problemlər eşitmirəm. “Azərişıq”ın funksiyasını azaldıb, alternativ şirkətlər yaratmaqla vətəndaşlarımıza faydamız dəyəcəkmi? Yoxsa, əksinə vətəndaşlar problemlərin həllində əziyyət çəkəcək? Hazırda “Azərişıq” işinə məsuliyyətlə yanaşır. “Azərişıq” bir problem olanda vaxtında həll edir”, – deyə deputat qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]