Ruslar Putinin parlamentə müraciətindən NƏLƏR GÖZLƏYİR…

Bu gün Rusiya prezidenti Vladimir Putinin parlamentə müraciəti gözlənilir.

Aktualtv.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin sonuncu dəfə 1 il 10 ay əvvəl Federal Məclis qarşısında çıxış edib və bu müddət ərzində Rusiya prezidentinin çıxışı ilə bağlı siyasi mühitdə çoxlu gözləntilər toplanıb.

Bildirilib ki, gözləntilərə əsasən, çıxış ölkəni və ordunu ruhlandırmalı, gələcəyin obrazını yaratmalıdır. Müharibə mövzusu Putinin mesajının leytmotivinə çevriləcək və bir çox başqa mövzuları müəyyənləşdirəcək: iştirakçıların sosial təminatı, ordunun təchiz edilməsi, döyüşçülərin hazırlanması.

Həmçinin Rusiya prezidentinin sosial-iqtisadi vəzifələri açıqlaması proqnozlaşdırılır. O, ölkədə həyat səviyyəsi, demoqrafiya, əhalinin gəlirləri, ərzaq və dərmanların qiymətləri məsələlərinə toxunacaq. Aqrar sektorda taxıl ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, rüsumların ləğvi, genişmiqyaslı satınalma müdaxilələri və elektrik enerjisi tariflərindən söhbət aça bilər. Bundan əlavə, sahibkarlar vergi sahəsində dəyişikliklərlə bağlı siqnallar gözləyirlər.

Qeyd olunub ki, təbii olaraq, mesaj həm də xarici auditoriyaya ünvanlanacaq. Putin eyni zamanda terrorçulara və təxribatçılara qarşı mübarizə, hərbi sənaye kompleksinin modernləşdirilməsi və Qərbin sanksiyalarına qarşı görülən tədbirlərin nəticələri barədə danışacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]