ABŞ keçmiş təhlükəsizlik nazirini həbs edib – Özəl

Meksikanın keçmiş təhlükəsizlik naziri Birləşmiş Ştatlarda həbs edilib.

Aktualtv.az xəbər verir ki, vaxtilə Genaro Qarsia Luna Meksikanın ən böyük cinayət qrupu olan Sinaloa narkotik kartelindən milyonlarla dollar götürməkdə təqsirli bilinib. Texas ştatında həbs edilən Qarsiya Luna özünü təqsirli bilməyib. 54 yaşlı keçmiş naziri 10 ilədək həbs cəzası gözləyə bilər. Qərar Nyu-Yorkun Bruklin əyalətindəki Birləşmiş Ştatlar Dairə Məhkəməsində dörd həftəlik məhkəmə prosesi və üç günlük münsiflər heyətinin müzakirəsindən sonra verilib.

Qeyd edək ki, o, ABŞ-də indiyədək mühakimə olunan ən yüksək rütbəli meksikalı məmurdur. Qarsia Luna 2006-2012-ci illərdə prezident Felipe Kalderonun administrasiyası dövründə ictimai təhlükəsizlik rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə o, 2001-2006-cı illərdə Federal Təhqiqat Agentliyinə rəhbərlik edib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]