İran məhkəməsinin alman vətəndaşı olan iranlı dissident Cəmşid Şarmahdla “Yer üzündə korrupsiya” ittihamı ilə edam cəzasına məhkum edib.
Aktualtv.az xəbər verir ki, Birləşmiş Ştatlarda yaşayan 67 yaşlı Şarmahdın 2020-ci ildə Dubayda İran agentləri tərəfindən qaçırıldığı və daha sonra Oman vasitəsilə zorla İrana aparıldığı güman edilir. Fars rejimi onu monarxist terror qruplaşmasının lideri olmaqda ittiham edib. O, iddianı rədd edib və məcburi etiraflara əsaslanan kobud ədalətsiz məhkəmə ilə üzləşdiyini söyləyib.
Almaniyanın xarici işlər naziri Annalena Berbok hökmü “tamamilə qəbuledilməz” adlandırıb. Berbok bəyanatda İranı hökmü müvafiq qaydada düzəltməyə və ölüm hökmündən çəkinməyə çağırırıb.
Büllur Məmmədova / aktualtv.az










