İtaliya parlamenti 1932-1933-cü illərdə baş verən Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanımaq niyyətindədir.
Aktualtv.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Corci Meloni ilə birgə keçirdiyi brifinqdə vurğulayıb ki, Qolodomorun ukraynalıların soyqırımı kimi tanınması çox vacibdir, çünki bu il faciənin 90-cı ildönümüdür.
Qeyd edək ki, qərarı hələlik İtaliya Parlamentinin Xarici Əlaqələr Komitəsi dəstəkləyib. Ukrayna Milli Elmlər Akademiyasının Ptuxa adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun məlumatına görə, faciə nəticəsində 3 milyon 943 min insan həlak olub. 2006-cı ildən Ali Rada Qolodomor hadisələrini ukraynalılara qarşı soyqırımı aktı kimi qiymətləndirib. 2010-cu ildə məhkəmə qərarı ilə İosif Stalin və onun tərəfdaşlarının Ukrayna xalqının bir hissəsini məhv etmək niyyəti sübuta yetirilib.
Səbinə Kərimova / aktualtv.az










