“SOCAR Türkiyə’’yə yeni rəhbər TƏYİN EDİLDİ

“SOCAR Türkiyə’’nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadova şirkətin baş direktoru vəzifəsi həvalə olunub.

SOCAR-dan “Aktualtv.az”a verilən məlumata görə, Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb. 2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]