Volodimir Zelenski G7 liderlərinin görüşündə iştirak edəcək – Özəl

Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn görüşünün açılışında iştirak edəcək.

Aktualtv.az xəbər verir ki, bu barədə 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno məlumat verib. O bildirib ki, görüşün əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.

Matsuno G7 liderlərinin danışıqlarında Ukraynadakı vəziyyətin diqqət mərkəzində olacağına əminliyini ifadə edib, lakin qarşıdan gələn onlayn görüşün gündəliyinin təfərrüatını açıqlamayıb.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]