ABŞ 1000-dən çox aviareysi təxirə saldı – Özəl

ABŞ-də şiddətli qar fırtınası səbəbindən 1000-dən çox aviareys təxirə salınıb.

Aktualtv.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “FlightAware” saytına istinadla məlumat yayıb. Qeyd olunur ki, ləğv edilən uçuşların demək olar yarısı “Delta Air Lines” aviaşirkəti üçün hab olan “Minneapolis/Sent Pol” Beynəlxalq Hava Limanının payına düşür. Denver hava limanında uçuşların təqribən doqquzda biri – 11%-i təxirə salınıb.

Qeyd edək ki, Minneapolisə 13 sm qalınlığında qar yağıb, gün ərzində daha 30 sm qar yağacağı gözlənilir. Meteoroloqlar güclü küləyin də olacağını proqnozlaşdırırlar. Agentlik xatırladır ki, bu region üçün rekord 1991-ci il noyabrın əvvəlində qeydə alınıb – 71 sm qalınlığında qar yağıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]