Fransa su istifadəsinə məhdudiyyətlər tətbiq edəcək – Özəl

Fevralın 27-dən Fransanın bəzi bölgələrində su istehlakına məhdudiyyətlər tətbiq oluna bilər.

Aktualtv.az xəbər verir ki, bunu Fransanın ətraf mühit naziri Kristof Beşu bildirib. Tədbirlər sırasında içməli suyun evlərin çöl divarlarının, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadəsinə qadağa qoyulması, həmçinin suvarma üçün istifadə olunan suyun miqdarının azaldılması da var.

Məlumata görə, bu tədbirlər qışdakı rekord quraqlıqla bağlıdır. Belə ki, Fransanın “Meteo France” meteoroloji xidmətinin məlumatına görə, yanvarın 21-dən etibarən ölkə ərazisində yağıntının miqdarı sutkada 1 mm-dən az olub. Meteoroloqlar qeyd edirlər ki, ölkədə son 32 gün ərzində əhəmiyyətli yağış yağmayıb ki, bu da 1959-cu ildən bəri ən uzun müddətdir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]