“Moldovada dövlət çevrilişinə cəhd riskləri var” – Səbəkar Rusiyadır – Özəl

Moldovanın xarici işlər naziri Nikolay Popesku Avropa İttifaqını “Şor” partiyasının lideri İlan Şora qarşı sanksiya tətbiq etməyə çağırıb.

Aktualtv.az xəbər verir ki, o, Şoru Moskvanın dəstəyi ilə Kişinyova qarşı hibrid müharibə aparmaqda ittiham edib. Nikolay Popeskunun sözlərinə görə, Ukraynanın müqaviməti və əzmkarlığı səbəbindən Moldova sərhədində hərbi ssenari riski yoxdur, lakin dağıdıcı hibrid fəaliyyətlər və dövlət çevrilişinə cəhd riskləri var.

Xatırladaq ki, bir müddət öncə Moldova Prezidenti Mayya Sandu Rusiyanı etirazlar yolu ilə ölkədə hakimiyyət çevrilişi etmək və növbədənkənar seçkilər keçirmək məqsədilə hibrid müharibə aparmaqda ittiham etmişdi. 2022-ci ilin yayında Moldovada Mayya Sandunun və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar hakimiyyəti iqtisadi böhranda və münasib qiymətə qaz almaq üçün Rusiya ilə danışıqdan yayınmaqda günahlandırır.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]