Sergey Lavrov Van İ ilə görüşüb – “Çin planı” müzakirə edilib? – Özəl

Rusiya xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ Ukrayna münaqişəsi ətrafındakı “Çin planı”nı müzakirə etməyiblər.

Aktualtv.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində bildirilib.

“Bəzi Qərb siyasətçiləri və media həmişə olduğu kimi, real mənzərəni təhrif edirlər. Həqiqətən, Lavrovun ÇKP Mərkəzi Komitəsinin Xarici İşlər üzrə Komissiyasının Kanslerinin rəhbəri Van İ ilə apardığı danışıqlar zamanı Ukrayna ətrafındakı vəziyyətin müzakirəsi vacib yer tutdu. Çinli tərəfdaşlar bizi Ukrayna böhranının səbəbləri və onun siyasi həllinə yanaşmalar barədə mülahizələri ilə tanış etdilər. Hər hansı bir “plan” haqqında söhbət olmayıb”, – deyə diplomat qeyd edib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]