Türkiyənin İsveç və Finlandiya ilə danışıqları bərpa edəcəyi TARİX

“İsveç və Finlandiya ilə Türkiyə arasında NATO-ya üzvlük barədə danışıqların bərpası mart ayında gerçəkləşəcək”.

Aktualtv.az xəbər verir ki, bunu STV-yə müsahibəsində İsveçin baş naziri Ulf Kristersson deyib.

Onun sözlərinə görə, tərəflər bunu təsdiqləyib. Mart ayı barədə konkret danışsa da, dəqiq tarixi açıqlamayan Kristersson bildirib ki, tarix barədə də informasiyası var və bu sirr deyil: “Lakin biz bunun da təsdiqlənməsini gözləyirik”.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinkenlə görüşdən sonra Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da tezliklə danışıqlara yenidən start veriləcəyi barədə anons xarakterli açıqlama vermişdi.

Qeyd edək ki, İsveçdə PKK tərəfdarlarının keçirdiyi aksiya və Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılması hadisələrindən sonra proses dayanmışdı.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]