Vardanyanın yerinə o gətirilir – Paşinyan razılıq verdi

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların “dövlət naziri” Ruben Vardanyanın “vəzifədən” uzaqlaşdırılacağı gözlənilir.

Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzetində dərc olunan məqalədə bildirilir.

Nəşr yazır ki, Vardanyanın yerinə gətiriləcək Qurgen Nersisyan dünən Ermənistan Baş naziri Nikol Paşinyanın yanına gedib və yeni “vəzifə” üçün onun “xeyir-duasını” alıb. Nersisyanla birlikdə separatçıların rəhbəri Arayik Harutyunyanın da Paşinyanla görüşdüyü deyilir.

Ermənistanın “Hraparak” qəzeti isə yazır ki, Vardanyan “vəzifədən” azad edilsə də, Xankəndidə qalmağa davam edəcək.

Bundan əvvəl “Past” nəşri bildirmişdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə separatçıların “dövlət naziri” Ruben Vardanyanın “yoldan çəkiləcəyinə” söz verib. İddiaya görə, Mirzoyan baş nazir Nikol Paşinyanın adından Kremlin himayə etdiyi erməni milyarder Vardanyanın Qarabağdan uzaqlaşdırılacağını bildirib.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın öz vətəndaşları hesab etdiyi Qarabağın erməni icması ilə münasibətlər qurmağa hazır olduğunu və onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu qədər hüquq və təhlükəsizlik təminatı veriləcəyini elan edib, lakin bunun üçün Moskvadan göndərilən Ruben Vardanyanın Qarabağı tərk etməsi tələb olunub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]