Yaponiya, ABŞ və Cənubi Koreya hərbçiləri döyüş gəmilərinin iştirakı ilə Yapon dənizində birgə təlimlər keçiriblər.
Hərbi manevrlər Şimali Koreyanın fevralın 18-də qitələrarası ballistik raket buraxılışına müttəfiqlərin cavabı olub. Yaponiya Özünümüdafiə Qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsinin məruzəsinə əsasən, təlimlərdə Yaponiyanın “Ataqo”, BŞ-ın “Berri”, Koreya “Kral Sekon” hərbi gəmiləri iştirak edib.
Məlumata görə, Şimali Koreya fevralın 19-da qitələrarası “Hvason-15” ballistik raketın sınağını həyata keçirib. Raket 989 kilometr məsafə qət edərək Yapon dənizindəki şərti hədəfi vurub. Yaponiya tərəfi hesab edir ki, raketin mümkün uçuş uzaqlığı 14 min kilometrdən çoxdur və o, Birləşmiş Ştatların materik hissəsinə çata bilər.
Büllur Məmmədova / aktualtv.az










