BMT Baş Assambleyası Ukrayna ilə bağlı keçirilən xüsusi sessiyada Rusiyaya qarşı qətnamə qəbul edib.
Aktualtv.az xəbər verir ki, Rusiyanın qeyd-şərtsiz və dərhal Ukraynadan çıxmasını tələb edən sənədin lehinə 141 ölkə, Rusiya, Belarus, Şimali Koreya, Mali, Nikaraqua, Suriya və Eritreya da daxil olmaqla 7 ölkə isə əleyhinə səs verib. Ermənistan, Hindistan və İran daxil olmaqla 32 nümayəndə heyəti bitərəf qalıb. Qətnamə, xüsusilə, Ukrayna ərazisində cinayətlərin milli və beynəlxalq səviyyədə təhqiqat, təqib yolu ilə məsuliyyətə cəlb edilməsinin zəruriliyinə istinad edir.
Xatırladaq ki, BMT Baş Assambleyasında Rusiyanın, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq veto hüququ yoxdur. Eyni zamanda, iclasda qəbul edilən qətnamələr beynəlxalq hüquq normalarına uyğun olaraq məcburi xarakter daşımır. Ukrayna prezidenti Volodimir Zelenski isə bir daha bəyan edib ki, müharibənin başa çatması yalnız 1991-ci ildəki Ukrayna sərhədlərinə qayıtdıqdan sonra mümkündür.
Etibar Məmmədov / aktualtv.az










