Çin Ukrayna böhranının siyasi həlli üçün təkliflər dərc edib.
Aktualtv.az xəbər verir ki, müvafiq sənəd Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Çin tərəfinin təklif etdiyi nizamlanma planına ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət çağırışı da daxil olmaqla 12 bənd daxildir.
Sənəddə vurğulanır ki, bir ölkənin təhlükəsizliyi digər ölkələrin təhlükəsizliyi hesabına əldə edilə bilməz. Çin həmçinin tərəfləri atəşi tezliklə dayandırmağa və birbaşa dialoqu bərpa etməyə çağırır. Nizamlanma planına mülki əhalinin və hərbi əsirlərin müdafiəsi, atom elektrik stansiyalarının təhlükəsizliyinin qorunması, nüvə silahından istifadə və ya istifadə təhlükəsinə qarşı mübarizə, “taxıl müqaviləsi”nin yerinə yetirilməsi məsələləri də daxildir.
Murad Həsənov / aktualtv.az










