Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, fevralın 24-də gənc prokurorluq əməkdaşlarının Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub.

Ziyarətdə əsas məqsəd Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev irsinin tədqiqi və təbliği olub.

Ekskursiyanın iştirakçılarına Ümummilli Liderin həyat yolu barədə maraqlı faktlar, foto və videomateriallar təqdim olunub.

Ulu Öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılmasına böyük imkanlar açan Heydər Əliyev Mərkəzindən ziyarətçilər zəngin təəssüratlarla ayrılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]