İstanbuldakı terrorun təşkilatçısı Suriyada saxlanıldı – Xüsusi əməliyyat – Özəl

MİT, İstiqlal küçəsində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı bombalı hücumun planlaşdırılması və həyata keçirilməsində mühüm rol oynayan PKK/YPG üzvü Halil Mencini Suriyada keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdirib.

Aktualtv.az xəbər verir ki, Beyoğlunda terror aktını törədən Əhləm Əlbəşir və Bilal Həsənə bələdçilik edən və Bilal Həsənin xaricə qaçmasına kömək edən terrorçu Mencinin PYD/YPG-nin nəzarətində olan Kamışlıda olduğu müəyyənləşib.

Təşkilat tərəfindən qorunduğu və yüksək səviyyəli YPG üzvləri ilə təmasda olduğu müəyyən edilən Mencinin ardınca MİT-in xüsusi əməliyyat qrupu tərəfindən izlənib. Terrorçu Halil Menci fevralın 22-də Suriyanın şimalında Qamışlıda keçirilən əməliyyatda zərərsizləşdirilib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]