Netflix platforması daha çox abunəçi cəlb etmək üçün 30-dan çox ölkədə qiymətləri endirib.
Aktualtv.az xəbər verir ki, Asiya, Avropa, Latın Amerikası, Afrikanın səhraaltı regionu və Yaxın Şərqin bəzi regionlarında qiymətlər aşağı salınıb. Abunə haqqının aşağı salındığı ölkələrə Malayziya, İndoneziya, Tayland, Filippin, Xorvatiya, Venesuela, Keniya və İran daxildir. Endirim müəyyən qiymət planlarına aiddir və bəzi hallarda abunə haqları yarıya endirilir.
Netflix-dən verilən açıqlamada “üzvlərimizin təcrübəsini təkmilləşdirmək üçün həmişə araşdırma aparırıq. Bəzi ölkələrdə qiymətlərimizi yenilədiyimizi təsdiqləyə bilərik” deyib.
Xatırladaq ki, Wall Street Journal hesabatının ilk dərcindən sonra şirkətin səhmləri cümə axşamı Nyu-Yorkda 3,4 faiz ucuzlaşıb. Netflix Amazon, HBO və Disney kimi platformalarla artan rəqabətlə üzləşir.
Səbinə Kərimova / aktualtv.az










