Şarl Mişel İlham Əliyev və Paşinyana dəvət göndərdi

Avropa Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycana Brüsseldə danışıqlar aparmaq üçün dəvət göndərib. 

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinq zamanı bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, onun məlumatına görə, tərəflər Brüsseldə görüş keçirmək üçün dəvət edilib və onlara bu imkan verilib.

“Nəhayət, tərəflərin özləri, erməni və azərbaycanlı həmkarlarımız hər hansı belə görüşdə mümkün iştirakları barədə məlumat verməlidirlər”, – deyə Prays görüşün ehtimal olunan tarixi ilə bağlı sualı cavablandırıb.

Prays əlavə edib ki, Birləşmiş Ştatlar problemin hərtərəfli həllinə yönəlmiş danışıqların gedişində tərəfləri dəstəkləməyə hazırdır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]