İsrailin hücumlarına müqavimət göstərmək üçün İranın hava hücumundan müdafiə sistemləri və “Xordad 15” adlı elektron döyüş texnikalarının Suriyaya ixrac ediləcəyi bildirilib.
Aktualtv.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, fevralın 22-də Tehrana rəsmi səfərə gələn Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və onun yüksək səviyyəli hərbi heyəti İranla müdafiə sahəsində əməkdaşlıq müqavilələri imzalayıb. İran və Suriya arasında imzalanan hərbi əməkdaşlıq çərçivəsində İranın Suriya hava məkanını İsrailin hücumlarına qarşı qorumaq üçün Suriyaya “Khordad 15” hava hücumundan müdafiə sistemi və elektron döyüş texnikası ixrac edəcəyi bildirilib.
Suriya hava məkanının gücləndirilməsi və yenidən qurulması məqsədi daşıyan razılaşmada Suriyanın döyüş təyyarələri və İsrail hücumları tərəfindən istifadə ediləcək dəqiq idarə olunan bombalara qarşı müdafiə qabiliyyətini artırması lazım olduğu vurğulanıb.
Qeyd edək ki, Suriyanın müdafiə naziri Əli Mahmud Abbas və onun yüksək rütbəli hərbi rəsmiləri fevralın 22-də Tehrana rəsmi səfər ediblər. İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşən Suriya müdafiə naziri Abbas Suriyanın hava məkanını gücləndirmək istədiklərini və iki ölkə arasında bütün hərbi imkanlardan istifadə edəcəklərini bildirib.
Murad Həsənov / aktualtv.az










