Pakistanda daha bir partlayış: Ən azı 5 ölü – Özəl

Pakistanın Bəlucistan əyalətində bazara edilən bombalı hücum nəticəsində ilkin məlumata görə, 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Aktualtv.az xəbər verir ki, milli medianın məlumatına görə, səlahiyyətlilər, əyalətin Barxan rayonunda park edilmiş motosikletə yerləşdirilmiş bombanın uzaqdan idarəetmə vasitəsi ilə işə salındığını bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Bəlucistanda on illərdir separatçı hərəkatlar fəaliyyət göstərir. Pakistanın ən böyük əyaləti olan Bəlucistan həm də ölkədə yoxsulluğun ən yüksək olduğu bölgədir. Separatçılar iddia edirlər ki, yerli əhali Bəlucistanın zəngin yeraltı sərvətlərindən ədalətli istifadə etmir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]